AZ

Fidan: İranla fikir ayrılıqları azalıb

Suriyadakı son hadisələr İran və Türkiyə arasındakı fikir ayrılıqlarını azaldacaq.

Yenisabah.az "Ash-Sharq"a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Suriyadakı hadisələrə və bunun Tehran və Ankara münasibətlərinə təsirinə toxunub:

"İstənilən münasibətdə fikir ayrılığı halları azaldıqda müsbət hal artır. Mən bunu iki ölkə arasındakı münasibətlərdə onu irəli apara biləcək bir fürsət kimi görürəm. Suriyadakı son hadisələr İran-Türkiyə münasibətlərinə müsbət təsir göstərməlidir. İran və Türkiyənin iki əks qütbdə yerləşməsi və onların Suriya məsələsində əks-mövqeləri artıq aradan qaldırılıb. Aramızda ixtilaf yaradan məsələlər daha yoxdur".


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

2Mənbələr