Ajans.azxəbər verir ki, indi bu praktika geniş yayılıb, amma parkinq yerləri səkilərin dağıdılması və ya ensizləşdirilməsi hesabına yaradılır. Faktiki piyada yolları sistem olaraq sıradan çıxır, yaxud zəbt edilir.
Xan Şuşinski və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni tikilən 6 mərtəbəli binanın qarşısında da parklanma yeri eyni prinsiplə yaradılır. Amma piyadaların rahatlığının pozulması, təhlükəsizliyi heç kimi düşündürmür.
Qeyd edək ki, qanunsuz olaraq parkinq təşkil etməyə görə qanunvericiliklə cərimə nəzərdə tutulur.