AZ

Bu şirkət dövlət əmlaklarının mühafizəsi müqabilində - 8 MİLYON QAZANACAQ

Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2025-ci il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizəsi” tenderinin nəticələrini elan edib.

Azərbaycanda mühafizə tenderlərinin 80%-ini iki şirkət udur - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI

FED.az xəbər verir ki, tenderin qalibi “GESCO” ASC (VÖEN: 1300664041) olub.

Qalib şirkətə 7 854 835 manat ödəniləcək.

Qeyd edək ki,  "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.

Seçilən
20
fed.az

1Mənbələr