Argentinalı superulduz Lionel Messinin ailə dostu futbolçunun "Barselona"ya keçə biləcəyi ilə bağlı açıqlamalar verib. Metbuat.az xəbər verir ki, Messinin “İnter Mayami” ilə 1 il müqaviləsi var. Lakin ailə dostu Yanina Latorre bildirib ki, Messi “İnter Mayami” ilə müqavilə yeniləməyəcək. Onun iddiasına görə, Messi adını tarixə yazdırdığı “Barselona”ya qayıdacaq. Latorre, “Messi mənə dedi ki, “İnter Mayami”də müqaviləsi yekunlaşdıqdan sonra xoşbəxt olduğu yerə “Barselona”ya qayıdacaq” - deyə bildirib. Latorre, həmçinin Messinin “İnter Mayami” ilə müqaviləsini uzada biləcəyi ilə bağlı iddialar barədə sualı da cavablandırıb. Onun sözlərinə görə Messi iddialar barədə, “Xeyr, mənim yerim orasıdır” - deyə bildirib. Qeyd edək ki, “İnter Mayami” rəhbərliyinin Lionel Messi ilə yeni müqavilə imzalayacağı barədə iddialar dərc edilmişdi. İddia edilir ki, müqavilədə ABŞ çempionatında fasilə zamanı Messinin icarə əsasında “Barselona”da futbol oynaya biləcəyi barədə bənd ola biləcəyi irəli sürülmüşdü.