Güney Azərbaycan Milli Hərəkatının fəalları son günlər müxtəlif şəhərlərdə İran Kəşfiyyat Nazirliyi tərəfindən çağırılıb və təhdid edilib.
Məlumatlara görə, Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Marağa, Əhər, Tehran, Quşaçay və digər şəhərlərində Güney Azərbaycanın milli fəallarına qarşı Kəşfiyyat Nazirliyinin yeni təhdid və təzyiq dalğası başlayıb.
Bu fəallardan bəziləri bu zənglərə cavab verməkdən imtina edib, cavab verənlər isə telefon çağırışlarının qanunsuz olduğunu bildirib və Kəşfiyyat Nazirliyinə getməkdən imtina ediblər.
Güney Azərbaycanlı fəallar öz xalqlarının mədəni, dil və sosial haqları üçün həmişə dinc şəkildə çalışdıqları bir vaxtda bu təzyiqlər artıb.
visiontv.az