"Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsi kompüter tomoqrafiya cihazının (KT) satınalması üzrə açıq tender elan edib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, cihazın ehtimal olunan qiyməti 1 milyon 291 min 500 manatdır.
Müsabiqədə iştirak haqqı 600 manatdır. Təkliflərin son təqdim olunma tarixi 25 fevraldır. Zərflər elə həmin gün açılacaq.