AZ

Qarüstü polo komandamız Dünya kubokunda gümüş medal qazanıb - FOTO

İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə Dünya kuboku keçirilib.

İdman.biz xəbər verir ki, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Azerbaijan - Land of Fire” təmsil edib.

Poloçularımız gərgin keçən yarış gümüş medalla başa vurublar. Onlar finalda İsveçrənin “The Kusnacht Practice” komandasına məğlub olub – 4,5:5.

Qeyd edək ki, yekun nəticəyə əsasən idmançılarımız müxtəlif xatirə hədiyyələri ilə təltif olunublar.

İdman.biz

Seçilən
55
idman.biz

1Mənbələr