Ötən ilin dekabr ayında Cənubi Koreyada qəzaya uğrayan və 179 nəfərin ölümünə səbəb olan "Jeju Air" sərnişin təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, qəzaya səbəb olduğu güman edilən quşlara dair dəlillər aşkar edilib.
İlkin araşdırma hesabatına görə, təyyarənin hər iki mühərrikində quşlara aid lələk və qan ləkələri aşkar edilib.