Tətil səbəbindən Berlində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bu barədə şəhərin Nəqliyyat Müəssisələrinin (BVG) saytında məlumat verilib .
Onlar qeyd ediblər ki, yanvarın 27-də saat 3:00-a qədər metro, tramvay və əksər avtobus marşrutları işləməyəcək.
"BVG çərşənbə axşamından etibarən yenidən işləyəcək, lakin xidmət qeyri-müntəzəm ola bilər", - mesajda deyilir.