“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının 23-cü turunun autsayder “Lester Siti” ilə ev oyununu şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Məğlubiyyət məni çox acıdır, çünki oyunçular yenə də bütün güc-qüvvələrini ortaya qoymuşdular. Biz çox xüsusları baxışdan keçirə bilərik, amma cəhdlərə gəlincə, mən komandamdan daha artığını tələb edə bilmərəm. Onlar sadəcə mütləq surətdə can qoydular. Bu gün işlər bizim istədiyimiz kimi alınmadı. Biz bir neçə yaxşı fürsət yaratdıq, amma təəssüf ki, bizdə heç nə alınmadı. Bu, ağrılı məğlubiyyət idi, xüsusilə evdə. Amma bu, oyunçuların çalışmadığı səbəbindən deyil, əsas olanı da budur”, deyə Postekoqlu vurğulayıb.
Xatırladaq ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Tottenhem” “Lester Siti”yə də 1:2 hesabıyla uduzub. 23 oyunda 24 xal toplamış “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Lester Siti” isə 17 xalla 17-ci pillədədir.
Premyer Liqaya 22 oyundan 53 xalla “Liverpul” başçılıq edir.