2024-cü ildə Bakı metropolitenində sərnişindaşımalar 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artıb.
"Bakı Metropoliteni" 2024-cü ildə 229 584 259 sərnişin daşıyıb.
"Operativ Media" xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, orta hesabla gün ərzində 627 279 sərnişin Bakı metropolitenindən istifadə edib.
Qeyd olunub ki, 2024-cü ildə əvvəlki 2 illə müqayisədə sərnişin sayında artım müşahidə olunub. Belə ki, ötən il 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub.