AZ

“Mən yalnız millidə işləməyə hazıram” - Van Qal “Borussiya”nı çalışdırmaq istəmir

Lui van Qal Dortmund “Borussiya”sında mümkün iş barədə sualı cavablandırıb.

“Arılar” bu yaxınlarda türk çalışdırıcı Nuri Şahini baş məşqçi postundan uzaqlaşdırıb.

Sportinfo.az “Sky Germany”-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu seçimin ona uyğun olmadığını bildirib:

“Xeyr, bu seçim mənə uyğun deyil. Mən yalnız milli komandada işləməyə hazıram”.

Van Qalın Almaniya Bundesliqasında iş təcrübəsi var. O, 2009-2011-ci illərdə “Bayern”in baş məşqçisi vəzifəsində çalışıb.

“Borussiya” hazırkı Bundesliqada yaxşı çıxış etmir. Komanda 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Seçilən
14
sportinfo.az

1Mənbələr