AZ

Fransa hökumətinin senzurası ölkəyə gündə 100 milyon avroya başa gəlir

Paris, 27 yanvar, AZƏRTAC

Fransanın Baş naziri Mişel Barnye hökumətinin senzurası gündə 100 milyon avroya başa gəlir.

AZƏRTAC xəbər verir ki, bu fikri Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən BFM televiziya kanalında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu günə qədər ümumi xərc 12 milyard avro həcmindədir. O, bildirib ki, yanvarın 1-də 2025-ci il dövlət büdcəsi qəbul edilmədiyi üçün 6 milyard avro gəlir və qənaət ölkə xəzinəsinə daxil olmayıb. O vurğulayıb ki, senzura baha başa gəlir və büdcə qəbul edilmədiyi üçün vergilər artacaq.

“Senat tərəfindən səs verilən büdcə “kompromis büdcə” olma şərtinə cavab vermir və yalnız kəsirin azaldılmasına imkan verir. Bu, sağın, solun, mərkəzin deyil, ölkənin büdcəsi olacaq”, - deyə nazir əlavə edərək senzuranın təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Nazir bu bəyanatları birgə komitənin Milli Assambleyada büdcə mətnini səsvermək üçün deputatlara təqdim edəcəyi vaxtda səsləndirib.

Seçilən
30
azertag.az

1Mənbələr