AZ

Bugün Auschwitz -in 80-ci ildönümü dünyada anılıb

Bakı, TurkicWorld

Holokostun 80-ci ildönümü münasibətilə keçirilən tədbirlər bütün dünyada qurbanların xatirəsini əbədiləşdirmək və bəşəriyyətə unudulmaz dərslər çatdırmaq məqsədi daşıyır.

TurkicWorld xəbər verir ki, ən böyük mərasimlərdən biri bugün Polşanın cənubundakı Auschwitz-Birkenau konsentrasiya düşərgəsində baş tutub. Burada nasistlər tərəfindən qətlə yetirilmiş bir milyondan çox insanın – əsasən yəhudilərin – acı taleyi xatırlanıb.

Tədbirə bir çox ölkənin liderləri və yüksək səviyyəli nümayəndələri qatılıb. Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, Kanada baş naziri Castin Trüdo və İngiltərə kralı III Çarlz mərasimdə iştirak edənlər arasındadır.

Tədbir yalnız xatirə mərasimi deyil, həm də bəşəriyyətin bir daha belə dəhşətli hadisələrə yol verməməsi üçün həmrəyliyinin simvoludur.

Bu gün muzeyə çevrilmiş Auschwitz-Birkenau düşərgəsi nifrətin, antisemitizmin və irqçiliyin dəhşətli nəticələrinin ən təsirli simvoludur. 2024-cü ildə 1,83 milyon insan bu tarixi öyrənmək və gələcək nəsillərə ötürülən dərsləri anlamaq üçün bu məkanı ziyarət edib.

Muzeyin əsas missiyası keçmişdə baş verənləri unutmamaq, nifrət və ayrı-seçkiliyə qarşı mübarizə aparmaqdır. Auschwitz, bu gün də, azadlıq, insan ləyaqəti və tolerantlıq kimi dəyərlərin qorunmasının vacibliyini bütün dünyaya xatırladır.

Qeyd edək ki, ''Auschwitz'' Hitler Almanyası tərəfindən 2-ci dünya müharibəsində yaradılan ən böyük ölüm düşərgəsi olub. Bura gətirilən ümumilikdə 1,3 milyon insandan, 1 milyonu yəhudi olmaqla, 1,1 milyon insan vəhşicəsinə öldürülüb.

Seçilən
24
turkic.world

1Mənbələr