"Azərbaycan hər zaman Dünya İqtisadi Forumunun keçirilən toplantılarında diqqət mərkəzində olur": "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Təbii ki, buna əsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzası qədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində birgə səylərə çağırışlar edərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və sair kimi mühüm amillərdir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 55-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəli oldu. Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında bir çox ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərində ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan iqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırıldı. Dünya İqtisadi Forumu bir daha Azərbaycanın hazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi. Prezident İlham Əliyevə göstərilən böyük etimad, hər bir məsələdə mövqeyinə verilən önəm səsləndirilən fikirlərdə özünün aydın ifadəsini tapdı".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31