AZ

Azərbaycanda xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənintəsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsihaqqında Qanun imzalayıb.

Trend xəbər verir ki, qanunaəsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirməkistəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçuhazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsilimüəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi iləəlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaricedilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisnaolmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbihissələrə göndəriləcəklər.

Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusitəyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindəaldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətlihəqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddətibaşa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasənehtiyata buraxılacaqlar.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı qanunadəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Seçilən
11
34
az.trend.az

10Mənbələr