AZ

AB 6 ay uzadıb: Rusiyaya qarşı sanksiyalar davam edir

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 2025-ci il iyulun 31-dək uzatmaq qərarına gəlib. Aİ-nin sanksiyaları Moskvanın Ukraynaya qarşı aqressiv siyasətini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Bu qərar Brüsseldə xarici işlər nazirlərinin görüşündə yekdilliklə qəbul edilib.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaları 31 iyul 2025-ci ilə qədər qüvvədə saxlayaraq, daha 6 ay uzatmaq qərarına gəlib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən xarici işlər nazirlərinin toplantısında qəbul edilən bu qərarı sosial media hesabında açıqlayıb.

Kallas yazısında "Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəliblər. Bu sanksiyalar Moskvanı müharibəni maliyyələşdirəcək gəlirlərdən məhrum edəcək. Rusiya vurduğu ziyanı ödəməlidir" deyə yazıb.

Seçilən
42
50
kommersant.az

10Mənbələr