Rusiyanın Kolomna şəhərində quduzluq mənbəyi müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə məlumat “Diqqət, Xəbər” "Telegram" kanalı tərəfindən yayılıb.
Şəhərdə quduzluq epidemiyasının aradan qaldırılması planına əsasən, xəstəliyin baş verməsi barədə yerli sakinlər və aidiyyəti qurumlar məlumatlandırılacaq. Daha sonra xəstəliyin yayılma mənbəyi müəyyən edilərək karantin rejimi tətbiq olunacaq. Sağlam heyvanlar quduzluğa qarşı peyvənd olunacaq.