AZ

Qışda kökəlməyin səbəbi tapıldı: Hərəkətsizlik deyilmiş

Qışda kökəlməyin səbəbi tapıldı:

Qış aylarında tərləmə azalır və bu, susuzluq hissinin azalmasına səbəb olur. Nəticədə su istehlakı da azalır ki, bu da maddələr mübadiləsinin yavaşlamasına və immunitetin zəifləməsinə gətirib çıxarır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, az su içmək qrip və digər infeksiyalara qarşı həssaslığı artırır. İmmuniteti gücləndirmək və bədəni xəstəliklərdən qorumaq üçün kifayət qədər su istehlakı, xüsusilə də C vitamini ilə zəngin qidaların qəbul edilməsi vacibdir.

Gündəlik su istehlakını müəyyən etmək üçün bədən çəkisi 30-35 ml ilə vurulmalıdır. Məsələn, 50 kiloqram çəkidə olan bir insan üçün bu miqdar gündə 1500 ml suya bərabərdir. Su istehlakı böyrək daşlarının yaranma riskini azaldır və bədənə detoks təsiri göstərir.

Qış aylarında maddələr mübadiləsini sürətləndirmək üçün liflə zəngin tərəvəz və meyvələr, məsələn, ispanaq, brokoli, kələm, pırasa, nar, portağal, kivi kimi məhsullar pəhrizə daxil edilməlidir. Bu qidalar tərkibindəki vitamin və minerallarla immuniteti gücləndirir, bağırsaq sağlamlığını dəstəkləyir və orqanizmi toksinlərdən təmizləyir.

Qışda açıq havada yüngül gəzinti maddələr mübadiləsini tənzimləməyə kömək edir. Eyni zamanda, maska taxmaq, əlləri tez-tez yumaq və insanlarla yaxın təmasdan çəkinmək yuxarı tənəffüs yolları infeksiyalarının qarşısını almaq üçün effektiv tədbirlərdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
70
11
e-saglam.az

10Mənbələr