AZ

“Müasir Azərbaycan dili” kitabının III cildi işıq üzü gördü

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarına əsasən “Müasir Azərbaycan dili” kitabının III cildi çapdan çıxıb.TehsilForumu.Az xəbər verir ki, kitabda müasir Azərbaycan dilinin akademik morfologiyası işıqlandırılıb, ayrı-ayrı nitq hissələrinin morfoloji quruluşu təsvir olunub, qrammatik kateqoriyaların ən ümdə xarakterik xüsusiyyətləri ümumiləşdirilib.Akademik nəşrdə ənənəvi, normativ morfologiya ilə yanaşı, bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən kommunikativ morfologiya, koqnitiv morfologiya, funksional morfologiya kimi yeni məsələlərə yer verilib.Kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva, rəyçiləri professorlar İsmayıl Məmmədli və Sayalı Sadıqovadır.Kitabda çap olunan hissələrin müəllifləri Nadir Məmmədli, Qəzənfər Kazımov, Musa Adilov, İsmayıl Kazımov, Zemfira Şahbazova, Sənubər Abdullayeva, Nərgiz Hacıyeva, İntizar Salehova, Aytəkin Ələkbərova, Aytən Bəylərova, Təhminə İsmayılova, Elçin İsmayılov, Şəkər Orucova, Qüdsiyyə Qəmbərova və Sevinc Məmmədovadır.

Seçilən
25
tehsilforumu.az

1Mənbələr