AZ

Erməni ekspert Avropa İttifaqına üzvlüyü blef hesab edir

“Ermənistanın Avropa İttifaqına üzvlük prosesini blef adlandırıram”.

Bunu münaqişələr üzrə erməni ekspert Artur Martirosyan deyib.

Onun sözlərinə görə, bu, illüziya oyunun davamıdır.

“Danışıqlar baxımından bu, illüziya oyunun davamıdır. Bir oyunçu ilə heç nəyə nail ola bilməzsən, digər oyunçu ilə nəyəsə nail olmağa çalışırsan, amma problem ondadır ki, bu alternativ oyun əvvəldən blefdir, bunu hər iki tərəf də bilir”, - deyə Martirosyan qeyd edib.

Martirosyan bildirib ki, Paşinyan İlham Əliyevin ən yaxşı ssenarisinin həyata keçirilməsini bir addım da yaxınlaşdırır.

“Bu hakimiyyət indi Rusiya ilə münasibətləri gərginləşdirir, Rusiyaya inam səviyyəsi aşağı düşür və bu hakimiyyət İlham Əliyevin ən yaxşı ssenarisinin həyata keçirilməsini bir addım da yaxınlaşdırır”, - deyə o əlavə edib.

Seçilən
73
50
herbiand.az

10Mənbələr