Son illərdə iqlim dəyişikliyi Qana və Kot-d'İvuar kimi əsas kakao istehsalçılarında məhsul azalmasına səbəb olub. Nəticədə kakaonun qiyməti iki ildə 2.200 ABŞ dollarından 12.000 ABŞ dollarına yüksələrək tarixi rekord həddə çatıb.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a verdiyi açıqlamada bu vəziyyəti belə şərh edib:
"Kakao qiymətləri dünyada hazırda kəskin artım müşahidə olunur. Bu, əsasən istehsalçı ölkələrdəki keçən hava şəraiti ilə bağlıdır. Kakaonun qiymətindəki bu artım şirniyyat, qənnadı məhsulları və şokolad kimi məmulatların qiymətinə təsir göstərə bilər. Üstəlik, bəzi hallarda digər sahələrin də qiymət artımına səbəb olması ehtimalı var."
Pərvanə Fərhadqızı