AZ

“Azneft” dairəsində maşın yandı - Yolda sıxlıq yarandı

Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.


Seçilən
31
21
qafqazinfo.az

10Mənbələr