"Microsoft"un qurucusu, amerikalı biznesmen Bill Qeyts həyatının ən böyük səhvini açıqlayıb.
Publika.az xəbər verir ki, o, 27 illik nikahdan sonra Melinda Qeytslə boşandığı üçün çox peşman olduğunu etiraf edib.
Milarder valideynlərinin 45 il davam edən nikahından nümunə götürmək istədiyini, ancaq xarakter səbəbilə bunun mümkün olmadığını bildirib.
"Mən Melindanı anamdan bir az sakit olmağa həvəsləndirirdim, amma biz ikimiz də kifayət qədər coşqun idik", - deyə Qeyts qeyd edib.
O, boşanmadan sonrakı ilk bir neçə il xüsusilə özünü çox məyus hiss etdiyini söyləyib: