AZ

Türkiyənin Kartalkaya kurortundakı hotel yanğınının səbəbi açıqlandı

Bakı. Trend:

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizəkkurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.

Trend yerli KİV-əistinadən xəbər verir ki, istintaq materiallarına əsasən, yanğınhotelin mətbəxində səhər yeməyi hazırlanarkən başlayıb. Bildirilirki, manqala tökülən yağ alovlanıb, aşpazların yanğına yanlışmüdaxiləsi və suyun düzgün tökülməməsi nəticəsində alov sürətləyayılaraq ətrafı bürüyüb.

Hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Həmin vaxthoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 79 nəfər həyatını itirib, 50-yə yaxın şəxsisə müxtəlif xəsarətlər alıb.

Seçilən
54
12
az.trend.az

10Mənbələr