Çin xəstəlik riskləri səbəbiylə bəzi Asiya, Afrika və Avropa ölkələrindən heyvan mənşəli məhsulların idxalını qadağan etdiyini açıqlayıb.Çin Baş Gömrük İdarəsindən verilən açıqlamada bildirilib ki, Afrika ölkələri Qana, Somali, Eritreya, Konqo Demokratik Respublikası, Nigeriya, Tanzaniya və Misirdən, Yaxın Şərq ölkəsi Qətərdən, Cənub-Şərqi Asiya ölkəsi Şərqi Timordan və Avropa ölkəsi olan Bolqarıstandan heyvan mənşəli məhsulların idxalına qadağa qoyulub. Bu ölkələrdən qoyun, keçi, quş əti və dırnaqlı heyvan məhsullarının, Fələstin, Pakistan, Əfqanıstan və Banqladeşdən qoyun və keçi məmulatlarının, Almaniyadan emal olunmuş və ya emal olunmamış dırnaqlı heyvan məhsullarının idxalı qadağandır.Qadağaya səbəb Ümumdünya Səhiyyə Təşkilatının sözügedən ölkələrdə qoyun çiçəyi, keçi çiçəyi və dabaq kimi epidemik heyvan xəstəliklərinin mövcudluğu ilə bağlı açıqlamaları olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta