AZ

Birbank niyə ÇÖKDÜ?

Ötən ilinyanvarındaAzərikard 7 saat müddətində çökmüşdü...

Elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi restartdan sonra dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı.

Xatırlayıram ki, o zamanproblem daha çox buradakı texnologiyalara supportun yetərli, dayanıqlı olmamasıyyla bağlıydı. Nəticədə ölkənin maliyyə-bank sistemində, 15 bankdaxidmət dayanmışdı.

Mərkəzi Bankın auditindən sonra bu qurumda İT mühitlə, təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğu müəyyənləşmişdi.

İndi Birbankın çöküşü də, hələlik 7 saatlıq çöküşünün də yanvar ayına təsadüf etməsi ümid edirəm elə təsadüfdür.

Doğurdanmı bu qurumda da hansısa bir "zamıkaniyadan" serverlər çöküb və "kadr və texnoloji support" səbəbindənrestart etmək mümkün olmayıb?

Doğurdanmı bu nəhənglikdə Kapital Bank çökən serverlərini, hansısa texniki problemlərini 7 saat müddətində bərpa etmək iqtidarında deyil.

Çox təəccüblü və düşündürücüdür.

Osman Gündüz


Xəbər 2 dəfə oxunub.
Seçilən
16
2
xezernews.az

2Mənbələr