AZ

“Boşandığıma görə peşmanam...” - Foto

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts 27 illik nikahdan sonra Melinda Qeytslə boşanmağını ən çox peşman olduğu səhvi adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Times of London” qəzetinə danışıb.

“Bu, ən çox peşman olduğum səhvdir. Uğursuzluqların heç biri o qədər də əhəmiyyətli deyildi. Melinda ilə mən boşanma səbəbindən çox əziyyət çəkdik”, - deyə milyarder bildirib.

Qeyts boşanmadan sonrakı ilk bir neçə il depressiyaya düşdüyünü etiraf edib: “Bütün yetkin həyatını bir insanla keçirməkdə qeyri-adi bir şey var. Birgə xatirələr, birlikdə əldə etdiyiniz nailiyyətlərin dərinliyi və uşaqların dünyaya gəlməsi - bütün bunlar xüsusidir. Boşananda inanılmaz dərəcədə çətin idi”.

Qeyd edək ki, cütlük 2021-ci ilin may ayında ayrıldıqlarını elan etmişdi. Onların bu nikahdan Cennifer, Rori və Fibi adlı üç övladı var.

Məlumatlara görə, ayrılıqdan sonra biznesmen “Oracle”ın keçmiş baş direktoru Mark Herdin dul həyat yoldaşı Paula Herdlə görüşməyə başlayıb. Lakin cütlük münasibətlərini açıq şəkildə şərh etməyib.





Seçilən
50
qafqazinfo.az

1Mənbələr