Serbiyada etirazçılar paytaxtın əsas magistral yolunu bağlayıblar.
Teleqraf.com xəbər verir ki, aksiya yerli vaxtla saat 10.00-da başlayıb və 24 saat davam edəcək.
İştirakçılar hökumət əleyhinə şüarlar səsləndirirlər. Gənclərin etirazlarına səbəb Novi-Savi vağzalında 15 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədir.
Tələbələr məsul şəxslərin cəzalanmasını tələb edirlər.
Müəllif: Teleqraf.com