AZ

Yaponiyanın texnologiya şirkətlərinin səhmlərinəə DeepSeek təzyiqi

DeepSeek süni intellekt sektoruna təzyiq göstərdiyi üçün Yaponiyanın texnologiya şirkətlərinin də səhmləri ucuzlaşıb. 

Marja.az xəbər verir ki, Nvidia-nın tədarükçüsü Advantest və çip avadanlığı istehsalçısı Disco da daxil olmaqla, Yaponiya çip sənayesi ilə əlaqəli şirkətlərin səhmləri, Çinin süni intellekt modeli DeepSeek-in satışa çıxarılmasından sonra ucuzlaşmaya səbəb olub. 

Advantest səhmləri 11 faizə qədər ucuzlaşıb ki, bu da avqust ayından bazarın çökməsindən sonra ən böyük iki günlük enişdir. Disco səhmləri 9,5 faiz, SoftBank Group səhmləri isə 6,7 faiz ucuzlaşıb.  

Lasertec, Screen Holdings və Tokyo Electron da daxil olmaqla digər çiplə əlaqəli şirkətlərin hamısının səhmləri 4 faizdən çox dəyər itirib. 

ABŞ-ın çip şirkəti Nvidia-nın bazar dəyəri isə 500 milyard dollardan çox azalıb. Buna Çinin DeepSeek startapının ən son süni intellekt modelinin (proqramının) digər beynəlxalq rəqiblər ilə müqayisədə daha az çipdən istifadə etməsi və daha qısa müddətdə yayılmasıdır.

Seçilən
44
5
marja.az

10Mənbələr