AZ

Dünyada ən qədim eskalator: Taxta pillələr, möhtəşəm görünüş- FOTO

Dünyanın ən köhnə və nadir eskalator sistemlərindən biri Belçikada yerləşir.

AzPost xəbər verir ki, 1933-cü ildə tikilən bu qurğu Belçikada Şeldt çayının iki sahilini birləşdirir.

“Müqəddəs Anna” yeraltı tunelinə giriş və çıxışı təmin edən eskalator ağacdan hazırlanıb. Bu bərk ağac material və gözəl görünüş bu tarixi əsərə xüsusi rəng qatır.

Ağac pillələrin hər birinin çəkisi təxminən 40 funt, təxminən 18 kiloqrama bərabərdir.

Ən maraqlı detallardan biri isə eskalatorda olan təmizləmə sistemidir. Tutacaqlar daimi olaraq tozdan və digər şeylərdən təmizlənir.

<yoastmark

Qeyd edək ki, Antverpen şəhərində Şeld çayı üzərindən keçən heç bir körpü yoxdur. Bununla belə, çayın altında maraqlı kiçik tunellər var.

Müqəddəs Anna tunelinin 1920-ci ildə tikilməyə başlamış və 1933-cü ildə tunel tamamlanmışdır. Tunel yerli mühəndis Emiel van Averbeke tərəfindən layihələndirilib və 32 metr dərinlikdə çayın altından keçən 572 metrlik kirəmitli silindrdən ibarətdir.
Seçilən
56
49
azpost.info

10Mənbələr