AZ

Çinin yeni tətbiqi ChatGPT-ni geridə qoydu

Çin şirkətinin “DeepSeek” smart köməkçisinin yeni versiyası bir sıra ölkələrdə mobil proqramların reytinqində birinci olub.

AzPost bildirir ki, DeepSeek ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Cənubi Koreya və Çində App Store-da birinci yeri tutaraq rəqibi OpenAI-nin ChatGPT-ni geridə qoydu.

Chatbot DeepSeek yeni versiyasının buraxılmasından sonra Qərb sosial şəbəkələrində müzakirələrə səbəb olub. İstifadəçilər qeyd edirlər ki, o, ChatGPT-nin ən son versiyasındakı kimi tapşırıqların öhdəsindən gəlir. Eyni zamanda tamamilə pulsuzdur.

Qeyd edək ki, DeepSeek 2015-ci ildə Çinin High-Flyer hedcinq fondunun bölməsi kimi yaradılıb. Fire-Flyer şirkəti tərəfindən hazırlanmış süni intellekt tədqiqat laboratoriyasıdır. Təsisçisi Liang Wenfengdir.

Yenu məhsul olan DeepSeek V3 mətnləri yarada və təhlil edə, esseləri tərcümə və yaza, diaqramları deşifrə və şəkilləri izah edə bilir. Həmçinin kod yarada, onu düzgün formatlaşdıra və mürəkkəb proqramlaşdırma problemlərini həll edə bilən böyük açıq mənbəli dil modelidir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, modelin hazırlanmasının dəyəri 5,5 milyon dollar təşkil edib ki, bu da OpenAI-nin ChatGPT-ni tətbiqinin xərcindən 14 dəfə azdır.

Seçilən
45
24
azpost.info

10Mənbələr