AZ

Politoloq: Fələstin Muxtariyyətini ləğv edə bilərlər...

ABŞ prezidenti Qəzza zolağının sakinlərinin Misirə və İordaniyaya köçürülməsini istəyib...

Zeynal Əmrəliyev: “ABŞ-in prezidenti Donald Trampın verdiyi açıqlamalar Yaxın Şərqdə kifayət qədər ziddiyyətli məqamları özündə ehtiva edir”.

“Tamamilə həmin bölgədən fələstinliləri köçürməklə açıq-aydın görünür ki, bu bölgə İsrailə güzəştə gediləcək. Bu da ABŞ-in aqressiv siyasətinin nəticəsidir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev ABŞ prezidentinin yeni Qəzza fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp Qəzza zolağının sakinlərinin Misirə və İordaniyaya köçürülməsini istəyib və bununla bağlı bu dövlətlərin başçılarına müraciət edib.

Bəs, Trampın bu təklifi, yəni faktiki olaraq Fələstin xalqının öz torpaqlarından məcburi şəkildə çıxarılması reallaşa bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Böyük ehtimalla hər şeyə pul və ticarət prizmasından baxan Trampın verdiyi bu açıqlama daha çox Qəzzanın yenidən inşasını ərəb dövlətlərinin üzərinə qoymaq cəhdidir”.

Sadəcə olaraq məqsədli şəkildə soyqırımın həyata keçirildiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, əgər ABŞ-nin xoş niyyəti varsa, o zaman Ramallahdakı hökümətə maliyyə dəstəyi ayırsınlar və bu yolla Fələstindəki humanitar fəlakətin ortadan qaldırılmasını təmin etsinlər:

ABŞ-nin prezidenti Donald Trampın verdiyi açıqlamalar Yaxın Şərqdə kifayət qədər ziddiyyətli məqamları özündə ehtiva edir. Çünki açıq aydın şəkildə görünür ki, Tramp bunu bildirməklə Qəzza zolağının tamamilə İsrail ərazisi olaraq tanınmasını istəyir və bu Qəzzanın yenidən qurulması üçün prosseslərin başlanğıcı fonunda baş verir.

İndi ortalığa belə bir sual çıxır ki, bəs Qəzzanı yenidən kim quracaq? Bu açıq-aydın məsələdir ki, Qəzzanı HƏMAS qurmayacaq. O zaman Qəzzanı dağıdan İsrail yenidən qurmalıdıt. Amma bilirik ki, İsrail bundan imtina edir. Qəzzanı Fələstin Muxtariyyətinin qurmağa gücü də yoxdur. Yəni Ramallahda yerləşən Mahmud Abbas hökumətinin bunu etməyə maliyyə imkanları yoxdur. Böyük ehtimalla hər şeyə pul və ticarət prizmasından baxan Trampın verdiyi bu açıqlama daha çox Qəzzanın yenidən inşasını ərəb dövlətlərinin üzərinə qoymaq cəhdidir. Yəni Tram verdiyi bu açıqlama ilə ərəb ölkələrinin liderlərinə deyir ki, ya Qəzzanı İsrailə verin, ya da özünüz yenidən inşa edin.

Artıq İordan çayının Şərq və Qərb sahillləri ABŞ tərəfindən rəsmi şəkildə İsrailin ərazisi kimi tanınmağa çalışır. Bildirirlər ki, müqəddəs kitablarda onlara bu ərazilər verilib, yəni vəd olunub. ABŞ-nin BMT-dəki nümayəndəsi bu barədə açıqlama verib.

Zeynal Əmrəliyev: “Tram verdiyi bu açıqlama ilə ərəb ölkələrinin liderlərinə deyir ki, ya Qəzzanı İsrailə verin, ya da özünüz yenidən inşa edin”.

Buna görə də, bu bölgələrin adı dəyişdirilərək ABŞ-də yəhudi adıyla çağırılmalı və İsrailin ərazisi kimi tanınmalıdır. Yəhudilərin planlna görə Qəzza bölgəsi də İsrailə aid edilməli və Qəzza bölgəsi tamamilə sökülərək burada yəhudi yaşayış məskənləri salınmalıdır. Tramp bu məqsədlə indidən ərəb ölkələrinin nəbzini yoxlayır. Məqsəd açıqdır, onlar Qəzzanı da İsrailin ərazisi elan etmək niyyətindədirlər.

Burada əsasən iki məqsəd var.

Birinci növbədə İsrailin ərazisini genişləndirmək və faktiki olaraq Fələstin Muxtariyyətinin ərazisini, yəni Fələstinə düşən bütün torpaqların zəbt edilməsidir . Çünki İordan çayının Şərq və Qərb sahillləri daha doğrusu, İordan çayının Şərq sahillərində yerləşən Fələstin Muxtariyyətinin ərazisini İsrail tərəfindən tamamilə ilhaq edilməsi prosesi gedir və ABŞ-dı bunu dəstəkləyir.

İkinci bir məsələ də, Qəzza zolağını da həll etdikdən sonra həm HƏMAS varlığına son qoyacaqlar, həm İsrailin ərazisini genişləndirəcəklər. Bəs bu baş verə bilərmi? Bəli, baş verə bilər. Çünki Yaxın Şərqdəki əsas aktorlar ABŞ və İsraildir. Çox təəssüflər olsun ki, onların qarşısını almağa nə Ərəb Liqasının, nə də region dövlətlərinin gücü çatmır.

Zeynal Əmrəliyev: “Ola bilər ki, Mahmud Abbas dünyasını dəyişəndən sonra Fələstin Muxtariyyətini də ləğv etdilər. Belə gözləntilər var”.

Sadəcə olaraq Türkiyə bu məsələdə önləyici tədbirlərə əl ata bilər. Yəni diplomatik danışıqlarla Türkiyə bunun qarşısını ala bilər. Eyni zamanda Ərəb dövlətləri də güc göstərərək bu prosesin qarşısını ala bilərlər. Ancaq ola bilər ki, Mahmud Abbas dünyasını dəyişəndən sonra Fələstin Muxtariyyətini də ləğv etdilər. Belə gözləntilər var.

Üçüncü məsələ isə İsrailin Qəza və İordaniya çayının Şərq sahillərindəki hal-hazırda Fələstin Muxtariyyətinin ərazisi olan bölgələrin tamamilə ələ keçirməsidir.

Qəzzanı təmizləməyə ehtiyac yoxdur. Onsuz da HƏMAS və Fələstin Muxtariyyətı arasında bir anlaşma imzalanıb və HƏMAS-la İsrail arasında atəşkəs də imzalanıb. Sadəcə olaraq bu məqsədli şəkildə həyata keçirilir. Əgər ABŞ-in xoş niyyəti varsa, o zaman Ramallahdakı hökümətə maliyyə dəstəyi ayırsınlar və bu yolla Fələstindəki humanitar fəlakətin ortadan qaldırılmasını təmin etsinlər. Ancaq həmin bölgədən fələstinliləri tamamilə köçürməklə açıq-aydın görünür ki, bu bölgə İsrailə güzəştə gediləcək. Bu da ABŞ-in aqressiv siyasətinin nəticəsidir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
16
50
poliqon.info

10Mənbələr