AZ

"Azərbaycanda insan haqlarının yaxşılaşmasına ümid yoxdur", Amnesty İnternational

Beynəlxalq insan haqları təşkilatı olan Amnesty İnternational bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı heç bir ümid yoxdur.

Bu barədə təşkilat 23 yanvarda yaydığı hesabatda bildirib.

Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı ittihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.

Amnesty İnternational bildirir ki, onlar uzun müddətdir ki, Azərbaycanda insan haqlarının vəziyyətindən narahatdırlar.

Təşkilat bildirib ki, Azərbaycanda özünüifadə azadlğı məhdudlaşdırırlır, jurnalistlərdən, insan haqlarını müdafiə edən şəxslərdən qisas alınır və ədalətli məhkəmə hüquqları pozulur.

Amnesty İnternational Azərbaycanda 20-dən çox jurnalistin həbs edildiyini bildirir və bu həbslərin siyasi motivli olduğunu iddia edir.

Azərbaycan hökuməti Azərbaycanda siyasi məhbusların olmadığını bildirib.

Prezident İlham Əliyev media təmsilçilərinin və ictimai fəalların həbsini onların qanunu pozması ilə izah edib.

Seçilən
37
2
bbc.com

10Mənbələr