Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqesi ad günü münasibəti ilə təbrik edib.
QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu sosial şəbəkə hesablarında Corcina ilə fotosunu paylaşıb.
O, fotonu bu sözlərlə şərh edib: “Ana, ortağım, dostum, həyat yoldaşım... Ad günün mübarək, sevgilim. Sənin işığın və sevgin bizi də işıqlandırır”.
Xatırladaq ki, Ronaldo 2016-cı ildən Corcina ilə münasibət yaşayır.