AZ

Fatih Terimin komandası son dəqiqədə 3 xala sevindi

Futbol üzrə Səudiyyə Ərəbistanı Pro Liqasında XVII turun oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə Fatih Terimin rəhbəlik etdiyi “Əl-Şabab” evində “Əl-Feyha” ilə qarşılaşıb.

İlk hissəni Hamdallahın qoluyla öndə tamamlayan ev sahibləri 2-ci hissədə üstünlüyünü qoruya bilməyib. 57-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər.

Lakin matçın son dəqiqələrində səhnəyə yenə Hamdallah çıxıb. 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.

Gərgin keçən görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Terimin çalışdırdığı komanda xallarının sayını 29-a çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

Səudiyyə Ərəbistanı Pro Liqası

XVII tur

19:10. “Əl-Şabab” – “Əl-Feyha” – 2:1

A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı

“Lion” baş məşqçisini istefaya göndərdi

“Bavariya”da Noyerin taxtına yeni namizəd

"Fənərbaxça"nın yeni transferi Anderson Talişka İstanbula gəlib

A Seriyası: autsayderlərin dueli sülhlə başa çatdı

Seçilən
12
3
apasport.az

3Mənbələr