AZ

45 yaşlı aktrisa 7-ci övladına hamilədir - FOTO

Avstraliyanın məşhur "Neighbours" serialının ulduzu Madeleine West yeddinci övladına hamilədir.

Milli.Az xəbər verir ki, 45 yaşlı aktrisa bu xəbəri sosial media vasitəsilə paylaşaraq həyəcanını izləyiciləri ilə bölüşüb. Uzun illər əvvəl ana olan West bu hamiləliyin onun üçün gözlənilməz olduğunu bildirib.

West Instagram hesabında etdiyi paylaşımda artıq menopauzaya yaxınlaşdığını düşündüyünü, lakin yenidən ana olacağını öyrəndiyini qeyd edib. O, bu xəbərin sevincini yaşadığını vurğulayaraq, "Daha xoşbəxt ola bilməzdim. Amma etiraf etməliyəm ki, "yaşlı ana" adlandırılmaq mənim üçün bir qədər qəribədir" deyib. Eyni zamanda o, bir müddət ictimai həyatdan uzaq qalacağını da açıqlayıb.

Sosial media paylaşımında West gec yaşda ana olan digər qadınlara müraciət edərək, onların təcrübələrini eşitmək istədiyini bildirib. "Əgər gözlədiyinizdən daha gec yaşda ana olmusunuzsa və 40-50 yaşlarındasınızsa, sizin hekayələrinizi çox eşitmək istəyirəm" deyə izləyicilərinə səslənib.

Xatırladaq ki, Madeleine Uestin əvvəlki evliliyindən altı övladı var: 19 yaşlı Phoenix, 16 yaşlı Hendrix, 14 yaşlı Xascha, 12 yaşlı Xanthe və 10 yaşlı əkizlər Xalia və Margaux.

İsmayıl
Milli.Az

Seçilən
13
1
milli.az

2Mənbələr