AZ

Çin xəstəlik riski səbəbiylə 15 ölkədən heyvan məhsullarının idxalını qadağan edib

Çin Asiya, Afrika və Avropa da daxil olmaqla ümumilikdə 15 ölkədən heyvan mənşəli məhsulların idxalına qadağa qoyub.

Editor.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.İdxal qadağası qərarına səbəb Ümumdünya Səhiyyə Təşkilatının sözügedən ölkələrdə qoyun çiçəyi, keçi çiçəyi və dabaq kimi epidemik heyvan xəstəliklərinin mövcudluğu ilə bağlı açıqlamaları olub.

Avropada Bolqarıstandan qoyun, keçi, quş əti və dırnaqlı heyvanların məhsullarının idxalı, Almaniyadan isə işlənmiş və ya emal olunmamış dırnaqlı heyvanların idxalı qadağandır. Afrika ölkələrindən Qana, Somali, Eritreya, Konqo Demokratik Respublikası, Nigeriya, Tanzaniya və Misirdən, Yaxın Şərq ölkəsi Qətərdən və Cənub-Şərqi Asiya ölkəsi Şərqi Timordan, Fələstindən, Pakistandan qoyun, keçi, quş və cütbarmaqlı heyvanların məhsulları , Əfqanıstan və Banqladeş Türkiyədən qoyun və keçi məhsullarının idxalına qadağa qoyuldu.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
23
editor.az

1Mənbələr