Los-Anceles şəhərində yanğın bölgəsində yağışın səbəb olduğu palçığın zəhərli kül axınına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, güclü yağışlar sürüşmələrə və zəhərli kül yığınlarının yayılmasına səbəb olur.
Yanğın zonalarında kül yanmış avtomobillər, elektronika, akkumulyatorlar, tikinti materialları, boyalar, mebel və digər məişət əşyalarından ibarət zəhərli qarışıqdır.
Meteoroloqlar yanğınların baş verdiyi ərazilərdə daha çox kül axınının olacağı ilə bağlı xəbərdarlıq edirlər.
Ərazini təmizləyən qruplara qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunub.