![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/28/3/f708d897-1daf-4832-bf0a-8f89d6212bdd/lpg-foto-cng.png)
Avropa ölkələri arasında LPG-nin (maye qaz) ən ucuz satıldığı ölkə Rusiya olub.
Yeniavaz.com xəbər verir ki, şimal qonşumuzda LPG-nin 1 litrinin orta qiyməti 0,29 avro (51 qəpik) təşkil edib.
Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Norveç hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,19 avroya (2,1 manat) satılıb.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə (0,37 avro) bərabərdir.
Avropada LPG-nin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus.
Cədvəldə Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib:
Murad Məmmədov
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/28/1/af8f820d-60f4-4fb3-a387-27f98b81c7cc/lpg-siyahi.png)