AZ

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla bağlı sualdan belə yayındı

“Hərbi və siyasi məsələləri qarışdırmayın”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan yanvarın 28-də Yerablur hərbi panteonunda sualları cavablandırarkən bildirib.

“Biz Ararata görə silah almırıq?” sualına Asryan belə cavab verib: “Mənə belə suallar verməyin”.

“Silahlı Qüvvələr yerində dayanmır, onlara tapşırılan tapşırıqlar hazırda sərhəddə olan çağırışçı əsgərlərimiz tərəfindən yerinə yetirilir, müqaviləli əsgərlər isə ayıq-sayıqlıqla öz tapşırıqlarını yerinə yetirirlər”, - deyə Baş Qərargah rəisi bildirib.

“Demarkasiya və delimitasiya işlər Azərbaycanın Cermuka bitişik əraziləri tərk etməsi ilə nəticələnəcək?” sualına Asryan belə cavab verib: 

“Bu suala cavab verə bilmərəm, demarkasiya və delimitasiya komissiyası məhz buna görə mövcuddur. Demarkasiya və delimitasiya işlərinin nəticələrinə nəzarət edəcəyik, hər şeyi göstərəcəklər”.

Seçilən
7
3
cebheinfo.az

6Mənbələr