“Kapital Bank” ötən gün “Birbank” mobil tətbiqinin fəaliyyətində yaranan problemdən sonra bəzi müştərilərin hesablarından vəsaitlərin silinməsi ilə bağlı iddialara aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, bankdan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Birbank” mobil tətbiqində problem yarandığı üçün vəsaitlər görünməyib:
“Texniki problem həllini tapdıqdan sonra hər şey qaydasına düşdü. Hazırda vəsaitlərlə bağlı problem yoxdur”, – məlumatda qeyd olunub.