"Monpelye"nin nigeriyalı hücumçusu Akor Adams bundan sonra İspaniya La Liqasında çıxış edəcək.
Fanat.Az xəbər verir ki, "Sevilya" klubu 24 yaşlı hücumçunu transfer etdiyini açıqlayıb.
Afrikalının keçidi Əndəlüs təmsilçisinə 5,5 milyon avroya başa gəlib. Müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Adamsın cari Fransa çempionatında 15 matça çıxıb və 3 qol, 1 məhsuldar ötürmə edib.