AZ

ABŞ-Meksika sərhədində atışma olub

ABŞ və Meksika sərhədində narkotik kartelinin üzvü ilə ABŞ Sərhəd Patrulu arasında atışma baş verib.

Bu barədə "New York Post" (NYP) məlumat yayıb.

Qeyd olunur ki, qanunsuz miqrantlar çayı keçərək ABŞ ərazisinə keçmək istəyərkən narkotik kartelinin üzvü olduğu iddia edilən şəxs sərhəd patruluna atəş açıb.

Qəzetin məlumatına görə, patrul xidməti sərhədi keçmək cəhdini dayandırıb. O da bildirilib ki, atışma nəticəsində xəsarət alan olmayıb.

Seçilən
37
8
aznews.az

9Mənbələr