Meksikalı strimer Mayk “La Máquina del Mal” “İnter Mayami”nin argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messini sərt tənqid edib.
Arena.az məlumat verir ki, meksikalı strimeri müvafiq mövqe sərgiləməyə, Messinin Meksikanın “Amekira” klubu ilə yoldaşlıq oyununda yerli klubun azarkeşlərinə münasibətdə göstərdiyi davranış təhrik edib.
Xatırladaq ki, 2:2 hesabı ilə baş çatmış oyunun penaltilər silsiləsində “İnter Maymi” 3:2 hesablı qələbəyə sevinib.
Oyunun birinci hissəsində “Amerika”nın azarkeşləri hörmətsizlik və ədəbsizlikdən uzaq olmaq şərti ilə adi futbol təpkisi göstərməyə və “İnter Mayami”nin əsas ulduz “Leo”nu fitə basmağa, qıcaqlandırmağa və oyun tarazlığını pozmağa çalışıblar ki, bu amil sevimli klubun xeyrinə işləsin. Öz məqamını gözləmiş Messi isə vurduğu qoldan sonra Argentinanın dünya çempionatlarında qalibiyyət sayına işarə ilə yerli azarkşelərə üç barmağını göstərib. Ardınca “Leo” Meksikanın bir dəfə də olsun dünya çempionatının qalibi olmadığına eyhamla barmaqları ilə dəlik – sıfır jestini nümayiş etdirib.
Bu, azarkeşləri hiddətləndirib. Strimer Mayk “La Máquina del Mal” isə Messiyə sərt səslənib:
“Buna ancaq Messinin anası inanır”
“Sən nə edirsən, ay gicbəsər? Nə edirsən? O, bütün Meksikanı təmsil etməyən “Amerika” ilə oynayıb və azarkeşlərin yanına gedib öz ölkəsinin Dünya Kubokunda üç qalibiyyətinin olduğunu, bizim isə qalibiyyətsiz olduğumuzu deyir? Bunun məsələyə nə dəxli var ki? Sən “İnter Mayami” üçün oynayırsan, Argentina yığma komandası ilə Meksika yığmasına qarşı yox, nə də bu, buna bənzər bir xüsus deyil. Bu, kov deyil, bunların hamısı məsələyə aid deyil.
“Messi elə yaxşıdır ki”, “Messi o qədər səxavətlidir ki”, “o, dünyada ən yaxşı adamdır” qəbilindən olan nağıllara, onun, lənətə gəlsin, anası inanır. Belə günlərdə o, özünün əsl simasını nümayiş etdirir və onun Meksikaya qarşı nəsə şəxsi-qərəzliyinin oluğu açıq-aşkar surətdə ortaya çıxır”, – Mayk “La Máquina del Mal” özünün “YouTube” kanalında Messini hiddətlə asıb-kəsib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.