AZ

"Bavariya" yeni qapıçı aldı

"Bavariya" "Köln"dən 21 yaşlı qapıçı Yonas Urbiqin transferini açıqlayıb.   Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Qapıçının yeni klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt-ın məlumatına görə, transfer məbləği 7 milyon avro olub. "Bavariya" dünyanın ən böyük klublarından biridir. Mən burada olmaqdan qürur duyuram və yeni komanda ilə mümkün qədər tez tanış olmağı səbirsizliklə gözləyirəm. Məqsədim hər gün öz üzərimdə peşəkarcasına işləmək və Manuel Noyerin rəhbərliyi altında qapıçılar komandamızda inkişaf etməyə davam etməkdir”, - klubun mətbuat xidməti Urbiqin rəsmi saytından sitat gətirir.

Bu mövsüm Urbiq bütün turnirlərdə 11 matçda iştirak edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 3 milyon avrodur.

Seçilən
25
1
manset.az

2Mənbələr