AZ

Kreditlərlə bağlı əhalinin NƏZƏRİNƏ – XƏBƏRDARLIQ

Balakən şəhər sakini Ülkər Qurbanova mobil operator adı ilə gələn telefon zənginə cavab verdikdən sonra dələduzluğun qurbanı olub. Hadisə dekabrın 9-da baş verib. Özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini təklif edib. Qısa müddət sonra Ü.Qurbanova öz telefonuna giriş edə bilməyib.

Məsələdən şübhələnən xanım dərhal bankla əlaqə saxlayıb. Bankdan ona hər şeyin qaydasında olduğunu bildiriblər. Lakin telefon problemi həll edilmədiyi üçün Ü.Qurbanova bankın filialına müraciət edib. Burada məlum olub ki, onun adına 18 828 manat məbləğində kredit rəsmiləşdirilib, aylıq ödənişi isə 529 manat 30 qəpikdir.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bu mövzu ilə bağlı açıqlamasında bildirib ki, son illərdə kibercinayətkarlıq artmaqdadır. Onun sözlərinə görə:

Bank təhlükəsizlik sistemləri bu cür halların qarşısını tam almaq üçün hələ yetərsizdir.Şübhəli zənglər zamanı vətəndaşlar mütləq ehtiyatlı davranmalıdırlar. Əgər zəng həqiqətən bankdan gəlibsə, bank əməkdaşı mütləq müştəridən açar sözünü soruşmalıdır.

Nəzərə alınmalıdır ki:

Dələduzlar mobil operator və ya bank adından vətəndaşların etimadını qazanaraq, onların şəxsi məlumatlarını ələ keçirir.Üztanıma sistemlərindən istifadə edərkən bu məlumatlardan sui-istifadə edilməsi ehtimalı yüksəkdir.

Fikrət Yusifov qeyd edib ki, müasir texnologiyaların inkişafı ilə oğurluq üsulları da təkmilləşir. Xüsusilə, onlayn kredit rəsmiləşdirilməsi kimi xidmətlərdən sui-istifadə halları artıb. O, vurğulayıb ki, belə hallardan qorunmaq üçün hər bir vətəndaş şübhəli zənglərə cavab verməkdən çəkinməli və yalnız rəsmi mənbələrlə əlaqə saxlamalıdır.

Əsas tövsiyələr:Şübhəli nömrələrdən gələn zənglərə cavab verməyin.Bank və mobil operator əməkdaşları adından gələn zənglər zamanı açar sözünüzü tələb edin.Üztanıma tətbiqindən istifadə zamanı diqqətli olun və yalnız tanıdığınız mənbələrə icazə verin.Telefonunuza girişi itirdiyiniz halda dərhal banka və mobil operatora xəbər verin.

Seçilən
44
bakuinfo.net

1Mənbələr