AZ

Atlet tamaşaçını öldürüb

ABŞ-ın Kolorado Universitetində keçirilən atletika yarışında faciə baş verib.

İdman.biz xəbər verir ki, çəkicatmada mübarizə aparan iştirakçılardan biri qeyri-dəqiq atışla yadda qalıb.

Onun göndərdiyi çəkic qoruyucu maneələri yararaq 57 yaşlı kişiyə dəyib. Tamaşaçı zərbədən yerində ölüb. Onun yanındakı həyat yoldaşı və oğlunu çəkicdən qorumaq istədiyi ehtimal olunur. O, “Colorado United” klubunun atletlərindən birinin atasıdır.

Qeyd edək ki, Dünya Atletikasının qaydalarına görə kişilərin yarışlarında çəkicin çəkisi 7 kq olur.

İdman.biz

Seçilən
27
idman.biz

1Mənbələr