AZ

Ehtiyat fondları üzrə maliyyə göstəriciləri açıqlanıb

Bakı. Trend:

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiqsərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyatfondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyonmanatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdimedilməklə maliyyələşməsi həyata keçirilib.

Bu barədə Trend MaliyyəNazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, açılmış maliyyələşmənin 99,9 faizi müvafiqqurumlar tərəfindən icra edilib, o cümlədən Bakı və Sumqayıtşəhərlərinin ərazisində avtomobil yollarının əsaslı təmirinə,Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyiningöstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuqişlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz TicarətLimanının yükaşırma qabiliyyətinin artırılması məqsədilə limanıngenişləndirilməsinə, dini qurumlara maliyyə yardımınıngöstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nintəşkilinə və digər tədbirlərin icrasına sərf olunub.

2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan471,6 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 470,4 milyonmanatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdimedilməklə maliyyələşməsi həyata keçirilib.

Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindənicra edilib, o cümlədən respublikanın bir sıra şəhər vərayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulmasıişlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayındaAzərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) iləbağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərindəabadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərindəkeçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya SərgisindəAzərbaycan Respublikasının təmsil olunması ilə bağlı millipavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallışəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlıqüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzünəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərərvurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərininyekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyatvasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlıelektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərinicrasına yönəldilib.

Məqalədə:
Seçilən
8
4
az.trend.az

10Mənbələr