AZ

Avropa Liqası: "Olimpiakos" - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Bakı, 28 yanvar, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Olimpiakos" və “Qarabağ” arasında keçiriləcək VIII tur oyununa təyinatlar açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Radu Petresku qoruyacaq. Ona yan xətt hakimləri Radu Qinquleak və Mirsa Mixail Qriqoriy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Marsel Birsan yerinə yetirəcək.

VAR-da Katalin Popa, onun köməkçisi isə Sebastian Koltesku olacaq.

Qeyd edək ki, yanvarın 31-də oynanılacaq "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
14
43
azertag.az

10Mənbələr